Nazirlik saxta vatsap mesajları ilə bağlı vətəndaşlara xəbərdarlıq etdi (FOTO)

Nazirlik saxta vatsap mesajları ilə bağlı vətəndaşlara xəbərdarlıq etdi (FOTO)

Son günlər Səhiyyə Nazirliyi adından çıxış edən kiberdələduzlar tərəfindən istifadəçilərə vatsap üzərindən "spam” mesajlar göndərilir.

Bu barədə  nazirlikdən məlumat verilib.

"Mesaj göndərən şəxs Səhiyyə Nazirliyi Depo Departamentinin insan resursları şöbəsinin baş koordinatoru Emil Hüseynov olduğunu iddia edir. Həmin şəxs vətəndaşların müxtəlif vakansiyalar üzrə müraciətlərinin müsbət dəyərləndirildiyini iddia edir və bunun təsdiqi üçün onlardan 58 manat ödəniş etməsini tələb edir.

Bildiririk ki, Səhiyyə Nazirliyində bu adda şöbə fəaliyyət göstərmir və göndərilən mesajlar həqiqəti əks etdirmir.

Vətəndaşlardan xahiş olunur ki, tanımadığı şəxslərdən gələn bu cür mesajlara inanmasınlar və heç bir halda ödəniş etməsinlər.

Eyni zamanda, artıq aidiyyəti qurumlar bu mesajlarla bağlı məlumatlandırılıb”, - nazirlikdən bildirilib.
 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az