Elçin Quliyev Ermənistanla sərhədə getdi – FOTO

Elçin Quliyev Ermənistanla sərhədə getdi – FOTO

Dövlət Sərhəd Xidmətinin rəisi gene­ral-polkovnikElçin QuliyevDövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şun­ları­nın "Qazax” əlahiddə sərhəd diviziyasının Ermənistanla dövlət sər­hə­dində yerləşən sərhəd döyüş məntəqə­lə­rin­in xidmə­ti-döyüş fəa­liy­yətini yox­layıb.


Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Yoxlanış oktyabrın 2-3-də aparılıb.

Son günlərdə xid­­mə­ti əra­­zidəki əməliyyat şəraiti, Ermənistan Si­lahlı Qüvvələrinin bölmələri tərəfindən mütəmadi olaraq atəşkəs rejimi­nin pozulması, təxribat-diversiya cəhdləri və bununla əlaqədar görülən tədbirlər barədə vəzifəli şəxslərin məruzələri dinlənilib, dövlət sərhə­dinin müdafiəsi və mühafizəsi üzrə xid­məti fəaliy­yətin təkmilləş­diril­məsi, düşmənin təxribatlarının qarşı­sının qətiy­yətlə alınması, şəxsi heyətin təhlükəsizliyinin daha da gücləndiril­məsi barədə tapşırıqlar verilib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az