Nazpərinin elmi ad alması ilə bağlı BÖYÜK SUAL - SAXTAKARLIQ EDİLİB?

Nazpərinin elmi ad alması ilə bağlı BÖYÜK SUAL - SAXTAKARLIQ EDİLİB?

Tanınmış jurnalist Cavid İsmayıl Xalq artisti Nazpəri Dostəliyevanın elmi dərəcə alması ilə bağlı xəbərlərdə anlaşılmazlıq olduğunu bildirib.


 Lent.az xəbər verir ki, tarix üzrə fəlsəfə doktoru olan jurnalist həmkarımız Nazpəri Dostəliyevanın elmi dərəcə alması ilə bağlı yayılan şəkillərlə bağlı fikir bildirkən "elmi dərəcə diplomu bu şəkildə olmur”- deyib: "Xalq artisti Nazpəri Dostəliyevanın alim olması barədə xəbər yayılıb. Deyilənə görə, bu barədə hörmətli müğənnimizin özü sosial şəbəkədə məlumat yayıb. Onun dissertasiya mövzusu isə "Azərbaycanın şərq və qərb aşıq məktəblərinin xüsusiyyətləri və ifaçılıq ənənələrinin müqayisəli təhlili” olub. Maraqlısı odur ki, şəkli yayılan sənəddə Nazpəri xanımın hansı elm sahəsi üzrə fəlsəfə doktoru olması barədə məlumat verilməyib. Həm də bilənlər bilir - elmi dərəcə diplomu bu şəkildə olmur”.

Cavid Cabbaroğlu müqayisə üçün bu yaxınlarda fəlsəfə doktoru diplomu alanlardan dostu Elçin İbrahimovun və telejurnalist İradə İsakın diplomlarının şəklini paylaşıb. O, diqqəti hər iki diplomun tarixinə yönəldib:

"Hər iki diploma baxanda görünür ki, akademik Arif Quliyev daha Ali Attestasiya Komissiyasının baş elmi katibi deyil - ən azı yanvar ayından yeni baş katib Tağızadədir. O zaman Arif Quliyev may ayında baş katib kimi rəsmi sənədə necə imza atıb? Ortada nəsə ciddi anlaşılmazlıq var”.

Qeyd edək ki, digər şəxslərin diplomunda rəsmi möhür olsa da, Nazpəri Dostəliyevanın paylaşdığı sənəddə möhür yoxdur.

Miq.az

 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz[email protected]

www.miq.az