Neftlə bağlı yeni PROQNOZ: “50 dollara düşə bilər”

Neftlə bağlı yeni PROQNOZ: “50 dollara düşə bilər”
Rusiya tərəfindən neftin qiymətinin 80 dollara çatdığı bir məqamda onun yenidən düşə biləcəyi barədə xəbərdarlıq gəlib.
 
Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Hesablama Palatasının rəhbəri Aleksey Kudrin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxış edib.
 
"Aydındır ki, hazırda neftin qiyməti yüksəkdir buna görə də ehtiyatlara əl vurulmayacaq. Lakin neftin bir barelinə görə qiymətin yaxın bir, iki ya üç ildə yenidən 50 dollara düşə bilər” – Kudrin bəyan edib.
Bundan əvvəl, energetika naziri Aleksandr Novak nazirliyin neftin qiyməti barədə dəqiq proqnoz verə bilməyəcəyini bəyan edib. O, hazırda neftin qiymətinin qeyri-stabil olduğunu vurğulayıb.
 
Nazir həmçinin bazarın fundamental balanlaşdırılması prosesinin də getdiyini bəyan edib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az