Nəsimi rayonunda ağacları günorta kəsir, sonra torpaqlayırlar

Nəsimi rayonunda ağacları günorta kəsir, sonra torpaqlayırlar

İndi də bizim həyəti hədəfə alıblar. Günorta gəlib ağacları kəsib getdilər. Deyirlər, bağça tikəcəyik”.

"HƏYƏTİN ORTASINDA BAĞÇA TİKMİRLƏR”

Dekabrın 20-də Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsindəki 10 saylı binanın həyətindəki ağacların kəsilməsi həmin binada yaşayanları narahat edib. Onlar AzadlıqRadiosu-nun "Qaynar xətt”inə bildiriblər ki, günorta saatlarında həyətdə ağacların kəsildiyini görəndə etirazlarını bildiriblər. Ancaq ağackəsənlərin də onlara deməyə sözü olub. Sakinlərə bildirilib ki, həyətdə uşaq bağçası tikilməsi nəzərdə tutulur, ağaclar da bu səbəbdən kəsilir.

Bina sakini Əhməd Zeynalov deyir, onlar ərazidə bağça tikiləcəyinə inanmırlar:

Nəsimi rayonunda ağacları günün günorta vaxtı kəsirlər

"Biz də dedik ki, Bakıda həyətin ortasında bağça tikmirlər. Uzaqbaşı, hündürmərtəbəli bina tikirlər. Hər yerdə dələduzluq edirlər, adamları bağça tikmək bəhanəsiylə aldadıb sakitləşdirirlər, ağacları kəsib yeri hasarlayandan sonra bəlli olur ki, tikdikləri hündürmərtəbəli binadır. Burda bağça tikməkdənsə, təmirsiz, soyuq, odunla qızdırılan bağçaları abad eləsinlər”.

"YERLİ-DİBLİ KƏSİB ARADAN ÇIXIBLAR”

Sakinlərin deməsinə görə, ağaclar kəsiləndən sonra kəsim izləri qalmasın deyə, yeri torpaqlanıb. Əhməd Zeynalov:

 Kəsilən ağacların yeri torpaqlanır

"Ağacların kəsildiyi ərazidə əvvəl uşaq meydançası olub. Sonra maşınları saxlamağa yer olmadığından oranı dayanacağa çevirdik. İndi həmin dayanacağın yerində bina tikmək istəyirlər. Kəsilən ağaclar da dayanacağın ətrafındakı ağaclardır. Elə də çox ağac yoxdur, elə hərdən 3-4-ünü kəsirlər. Gah deyirlər, ağaclar quruyub, gah deyirlər, gediş-gəlişə mane olur. Hərdən bir bəhanə ilə ləğv edirlər. Bu gün də əvvəl dedilər, kəsmirik, budayırıq. Sonra gördük, yerli-dibli kəsib aradan çıxıblar”.

Nəsimi rayon icra hakimiyyətindən "Qaynar xətt”ə bildirilib ki, Hüseynbala Əliyev küçəsindəki ağac kəsimindən xəbərsizdilər. Qurumdan "Qaynar xətt”ə "əməkdaşlarımızı göndərərik, araşdırarlar”, cavabı verilib.

Miq.Az

loading...