Nuriyevdən başçılara göstəriş: Testdən keçin!

Nuriyevdən başçılara göstəriş: Testdən keçin!

Azərbaycanda bütün icra başçılarına məcburi koronavirus testindən keçirilməsi ilə bağlı tapşırıq verilib.

Miq.Az Mediapost-a istinadən xəbər verir ki, bununla bağlı Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev göstəriş verib.

Göstərişə əsasən Prezident Administrasiyasına çağırılan bütün icra başçıları koronavirus testindən keçməlidirlər.

Məsələ ilə bağlı açıqlama verən Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev PA rəhbərinin belə bir göstəriş verdiyini təsdiqləyib:

"Şəxsən mən bir neçə gün öncə koronavirus testindən keçdim. Nəticə neqativ çıxdığı üçün toplantıya qatıldım. Hesab edirəm ki, hər bir vətəndaş kimi, icra başçıları da səhhətinin qeydinə qalmalı və bu bəladan yaxa qurtarmaq üçün mütəmadi olaraq müayinə olunmalı, karantin tələblərinə əməl etməlidirlər. Şəxsən mən hər 10 gündən bir koronavirus testindən keçirəm”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az