Nurməhəmmədov Dağıstanda gecə klublarının bağlanmasını təklif edib

Nurməhəmmədov Dağıstanda gecə klublarının bağlanmasını təklif edib
Rusiyalı samboçu, yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədov Mahaçqaladakı gecə klublarından birində qvardiya zabitinin qətlindən sonra Dağıstanda belə müəssisələrin bağlanmasını təklf edib.

"Report” xəbər verir ki, bu barədə o öz "İnstagram” səhifəsində bu tip əyləndirici klubların bağlanmasına çağıran yerli bloqqerin videosunu paylaşaraq yazıb.
"Tam dəstəkləyirəm. Həmvətənlərimə sualım var: bu gecə klubları cəmiyyətimizə nə fayda verir?”, – deyə o bildirib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az