Nurməhəmmədov UFC prezidentini hədələdi

Nurməhəmmədov UFC prezidentini hədələdi
UFC üzrə çempion Həbib Nurməhəmmədov təşkilat rəhbəri Deyna Uaytı hədələyib.

İdmançı bu fikirlərini "Instagram" hesabında yazıb.

O bildirib ki, əgər Uayt mükafatı ona verməsəydi, UFC prezidentinin avtomobilinə zərər yetirəcəkdi.
"Deyna Uayt, bəxtin gətirdi ki, kəməri mənə verdin, yoxsa sənin avtomobilini əzəcəkdim. Mən sənin avtomobilinin park olunduğu yeri bilirəm", – idmançı yazıb.
Şərhlərdə UFC prezidenti bu məlumatı idmançının atasına çatdıracağını bildirib.
Qeyd edək ki, dağıstanlı Həbib Nurməhəmmədov oktyabrın 6-da Las-Veqasda keçirilən döyüşdə irlandiyalı Konor Makqreqora qalib gəlib. Döyüşdən sonra Nurməhəmmədov oktaqondan kənara atılıb və Konorun məşqçisi Dilon Denisi onun dinini təhqir etdiyinə görə döyüb. //Oxu
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az