Növbəti iki gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb

Növbəti iki gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb

Azərbaycan ərazisində növbəti iki gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova "Report”a açıqlamasında deyib ki, növbəti günlərdə ölkə ərazisində müşahidə olunacaq hava şəraitində xüsusi bir dəyişiklik gözlənilmir.

Onun sözlərinə görə, iyul ayının 29-dək hava şəraiti sabit, yağmursuz keçəcək: "Havanın temperaturu bölgələrdə 36-41, Bakıda 32-37, Dağlıq ərazilərdə 27-32 dərəcə isti təşkil edəcək. Yəni temperatur rejimində xüsusi bir dəyişiklik gözlənilmir".

Küləyə gəlincə mütəxəssis bildirib ki, növbəti iki gündə Azərbaycan ərazisində şimal-şərq küləyi əsəcək.

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az