Növbəti üç gündə hava şəraitində mühüm dəyişiklik gözlənilmir – Proqnozlar Bürosu

Növbəti üç gündə hava şəraitində mühüm dəyişiklik gözlənilmir – Proqnozlar Bürosu

Azərbaycan ərazisində növbəti üç gün ərzində müşahidə olunacaq hava proqnozu açıqlanıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova "Report”a açıqlamasında bildirib ki, oktyabrın 19-u, 20-si və 21-də hava şəraitində mühüm dəyişiklik gözlənilmir.

O bildirib ki, hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir: "Lakin səhər saatlarında bəzi şərq rayonlarında qısa müddətli yağış yağacağı ehtimalı var. Şərq küləyinin üstünlüyü müşahidə olunacaq".

Nazirlik rəsmisi əlavə edib ki, Bakıda və Abşeron yarımadasında havanın temperaturu 19-22, aran rayonlarında 21-25, dağlıq ərazilərdə isə 11-16 dərəcə isti təşkil edəcək". 

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az