"Onlardan nə qorxmaq, nə də çəkinmək lazım deyil"-Hərbi ekspert


"BMT və ATƏT kimi biveclərdən yavaş-yavaş hesab sormağın vaxtıdır"

"Bunlar julik yığnağından başqa bir şey deyillər..."

Gün ərzində, yaxın saatlarda dünyada, regionda və ölkəmiz daxilində baş verən bəzi hadisələr fonunda diqqətinizə çatdırmaq istədiyim qeydlər ola bilsin ki, kimlərəsə qəribə görünə bilər. Amma, şəxsi düşüncəmə görə, biz də nəhayət ki, beynəlxalq qurumların - BMT, ATƏT və buna bənzər digər təşkilatlarda üzvlüyümüz və iştrakımızla bağlı nəhayət ki, həm diplomatik, həm də siyasi addımlar atmalıyıq. Necə ki, İsrail Fələstin torpaqlarındakı qanunsuz yaşayış məskənlərinin inşasının dayandırılması ilə bağlı BMT Təhlükəsizlik Şurasında (BMT TŞ) keçirilən səsvermə ilə bağlı göstərdiyi qətiyyətli və tələbkar mövqeyi ilə bir daha bütün dünyaya sübut edir ki, bu gün BMT və ATƏT kimi qurumlar "söz, dil pəhləvanlarıdırlar". Onlardan qətiyyən nə qorxmaq, nə də çəkinmək lazım deyil, nə də onların qəbul etdiklərə hansısa qərar və qətnamələrə o əhəmiyyət verməyə dəyməz. 

Azərbaycan olaraq biz 20 ildən artıq bir müddətdir ki, BMT TŞ-nın Ermənistanın ölkəmizə qarşı təcavüzkarlığının nəticəsi olaraq 1993-cü ildə qəbul etdiyi qərarlar hələ də yerinə yetirilməyib. Və bu gedişlə bir gün tamam unudulacaq. Baxın, görün rəsmi Tel-Əviv ən müxtəlif səviyyələrdə öz sözünü deyir və hətta əmr formasında İsraildəki səfirləri İsrail Xarici İşlər Nazirliyinə çağırtdırır. Nədən Qarabağla bağlı 20 ildən artıq müddətdə BMT qətnamələrinin yerinə yetirilməməsi və süveren Azərbaycan dövlətinin pozulmuş hüquqları ilə bağlı analoji addımı Azərbaycan Xarici İşlər Nazirliyi də atmasın? Biz nə vaxta kimi bu bivec, hiyləgər ATƏT-in Minsk qrupunun 3 həmsədrinin, həmçinin onların dəstəbaşçısı polyak biznesmen Anjey Kaspşikin dalıycan sürünəcək və onlardan hansısa hərəkət gözləyəcəyik? Neçə illərdir ki, biz ümidimizi bu biveclərə bağladıq ki, bunlar nəhayət ki işğalçı Ermənistana başa salacaqlar ki, onlar beynəlxalq hüquq və normalara, BMT Nizamnaməsinə əməl etsinlər. Biz isə, tam əksinə mənzərə ilə üzləşmişik. Həm BMT, həm də ATƏT və onun hiyləgər Minsk üçlüyü daha da Ermənistanı şirnikləndirir və ona havadarlıq edirlər. 

Çox şükürlər olsun ki, nəhayət, dünyada da başa düşməyə başlayıblar ki, BMT-yə münasibət dəyişməlidir. Onlar da yavaş-yavaş onlara olan etimadı itirməkdə davam edirlər. Elə dünən bu yaxınlarda BMT Baş katibi postundan gedən Pan Gi Munun 200 min rüşvət alması faktı da onu deməyə əsas verir ki, kim zəmanət verə bilər ki, bu yaramaz milyonçu erməni lobbisindən rüşvət almayıb və üzərinə Qarabağla bağlı heç nə etməyəcəyi ilə bağlı hər hansı öhdəlik götürməyib? Və artıq neçənci BMT Baş katibi gəlib gedirlər, amma onlardan biri də rəhbəri olduqları ən guya mötəbər təşkilatın 4 mühüm qətnaməsindən bir kəlmə də danışmırlar? Şəxsən mən artıq nə BMT-yə, nə də ATƏT-ə inanmıram. Azərbaycan XİN-dən də xahişim və tələbim ondan ibarətdir ki, bizim dövlətimiz də BMT və ATƏT-in Minsk qrupu qarşısında KONKRET TƏLƏBLƏR irəli sürsünlər. Onsuz da çox tez bir zamanda dünyada bu adı çəkilən iki və digər "mötəbər" beynəlxalq qurumların lazımsızlığı məsələsi qaldırılacaqdır. BMT və onun TŞ-ı bəzi böyük dövlətlər üçün bir şirma rolunu oynayır. Onlar özlərinə sərf etdikləri bəzi hərəkətlərə qanuni don geydirmək üçün BMT və ATƏT faktorundan istifadə edirlər. Qarabağ məsələsinə gəldikdə isə, biz heç bir tərpəniş və hərəkət müşahidə etmirik. Əksinə, illər ötdükcə, biz Azərbaycan dövlətinin əraziləri hesabına daha bir erməni dövlətinin ərazilərimizdə yaradılması üçün gizli və açıq addımları daha çox hiss etməyə başlayırıq. Ona görə də, BMT və ATƏT kimi biveclərdən yavaş-yavaş hesab sormağın vaxtıdır. Necə ki, indi israil dövləti öz maraqlarını müdafiə etmək üçün hətta BMT ilə əlaqələrin kəsiləcəyinə qədər dirəniş göstərəcəklərini bəyan edir. 

Hesab edirəm ki, Azərbaycan dövləti də, BMT-yə konkret sual ünvanlamalıdır ki, onlar bu 4 qətnamə məsələsinə aydınlıq gətirsinlər. Ya biz bilməliyik ki, bunlar öz qəbul etdikləri sənədi rəsmi sənəd kimi qüvvədə olduqlarını tanıyırlar, ya da bizə izah etməlidirlər ki, nədən bu 4 qətnamə icra olunmur. ATƏT-in Minsk qrupu ilə də sağollaşmağın vaxtıdır. Bunlar julik yığnağından başqa bir şey deyillər. 
Tanrı Azərbaycanımızın haqq işində bizə yar olsun!!

Üzeyir Cəfərov, tanınmış hərbi ekspert,
ehtiyatda olan polkovnik-leytenant

loading...