Onların da "bayramıdır"-Allahına üz tutan uşaqların GÜNÜ

Onların da

Özümə və hər kəsə unvanlayıb, cavabını verə bilməyəcəyim sual!!! Bu uşaqları necə bir dünyanın ümidinə buraxıb gedirik?

Bu gün Uşaqları Beynəlxalq müdafiəsi günüdür. Uşaqları hələ də beynəlxalq səviyyədə müdafiə edə bilməyən günün bayramıdır.

Bu gün bir də Xocalıda yerə düşən uşaqların, Qarabağda qana bulaşan körpələrin, Füzulidə nənəsi ilə gülləyə tuş gələn Zəhranın, Suriyada "sizi Allaha şikayət edəcəm deyən", eyniylə Ermənistandan ölümdən qaçarkən yolda, dənizdə ölümə "ov olanların", Qəzzada, Rusiyanın Kemerovo şəhərində diri-diri yanan və sadaladıqca siyahısı bitməyən UŞAQLIĞI yarıda kəsilənlərin Günüdür, həm də!

Bu gün onu müdafiə edəcək bəndəsindən ümidini kəsib Allahına üz tutan uşaqların GÜNÜDÜR!!!

O uşaqların faciəsinin acısını bu gün sevinməli olanlardan çıxarmayaq deyə ötən il də bu günlə bağlı köşə yazımda yazmışdım. Sevinc, qayğısızlıq, ümud, sağlam, gələcək, sabah, həyat kimi sözlərlə heşteq edib (mövzunun həssalığını çatdırmaq üçün) Yaşatmalı, yaşamalıdır, bütün uşaqlar. Amma ...

Bu gün "uşaq" sözünü yazarkən yanında qatil, ölüm, sürgün, didərgin, səfil ...sözlərinin daha çox heşteqləndiyi ilə qarşılaşırıq.
Bu günün sevincindən bir şeyləri-çox şeylər əksik edən də elə budur! Daha nə isə yazmağa, bu günün "tutqun səmasını" bir az daha tündləşdirməyə deyil, aydınaşdırmağa qeyrət etmək varkən... elə buradadaca durum. Dünyada güllə səsinə, qan-qada, təcavuz, istismar, ölümə dur deyən deyən kimi. 

"Bu uşaqları necə bir dünyanın ümidinə buraxıb gedirik"- əndişəli sloqanı ilə Uşaqların müdafiəsinə qalxan olacaq gün istəyiylə, Bayramınız mübarək, UŞAQLAR!

Tünzalə Vəliqızı

Moskva şəhəri


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az