Ordumuzun taktikası: ABŞ generalları araşdırmaya başladı

Ordumuzun taktikası: ABŞ generalları araşdırmaya başladı

ABŞ Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində düşmənə qarşı istifadə etdiyi taktikaları araşdırmağa başlayıb.

Miq.Az xəbər verir ki, bu barədə "Yeni şəfəq” nəşri məlumat yayıb.

ABŞ ordusundakı bir general Qarabağdakı hərbi əməliyyatların gələcək müharibələrdə hadisələrin necə inkişaf edəcəyini təxmin etməyə imkan verdiyini söyləyib.

"Bu taktika Azərbaycan Ordusunun erməni qüvvələrini sürətlə məğlub edib irəliləməsinə imkan verdi. Bəlkə də gələcəkdə Çin və ya Rusiya orduları ABŞ-a qarşı müharibədə oxşar taktikalardan istifadə edəcəklər. Bu səbəbdən ABŞ hərbçiləri bu cür regional qarşıdurmaların təcrübəsini öyrənməlidir”, - general bildirib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az