Orta məktəb və dövlət bağçalarına lisenziya üçün rüsum ləğv olunur

Orta məktəb və dövlət bağçalarına lisenziya üçün rüsum ləğv olunur
Dövlət məktəbəqədər təhsil müəssisələri və dövlət ümumi təhsil müəssisələrinə lisenziya verilməsinə görə dövlət rüsumu alınmayacaq.

"Report” xəbər verir ki, bununla bağlı "Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliklər bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılıb.
Hazırda qüvvədə olan qanun layihəsinə görə, məktəbəqədər təhsil müəssisələri lisenziya verilməsinə görə 1 250 manat, ümumi təhsil müəssisələri (liseylər və gimnaziyalar daxil olmaqla) isə 10 000 manat dövlət rüsumu ödəməlidirlər.
Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az