Orxan Fikrətoğlu İctimai Televiziyada

Orxan Fikrətoğlu İctimai Televiziyada
İctimai Televiziya və Radio Yayımları Şirkəti yeni mövsümdən etibarən daha bir tanınmış telejurnalistlə tamaşaçı görüşünə gəlir.

Miq.az xəbər verir ki, qurumun İctimaiyyətlə Əlaqələr Departamentindən Modern.az-a verilən məlumata görə, publisist, teleaparıcı Orxan Fikrətoğlu "Halbuki” adlı yeni telelayihədə günün əsas xəbərini şərh edəcək.
Bir sıra uğurlu layihələrin müəllifi olan Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlunu tamaşaçıları artıq İctimai Televiziya və Radio Yayımları Şirkətinin efirindən izləyə biləcəklər.
Xüsusilə dövlətçiliyin təməl prinsiplərinin qorunmasına xidmət edəcək "Halbuki” prioritet əhəmiyyət kəsb edən mövzuları İctimai Televiziya efirinə daşıyaraq auditoriyanın maarifləndirilməsinə çalışacaq.
Televiziyanın İnformasiya Departameninin nəzdində yer alacaq veriliş 17-sentyabrdan etibarən həftə içi hər gün saat 20:50-də efirə çıxacaq.

Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az