Oğuldan 79 yaşlı ataya qarşı dəhşətli hərəkət

Oğuldan 79 yaşlı ataya qarşı dəhşətli hərəkət
Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib.

Miq.az Trend
-ə istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzindəki evlərdən birində qeydə alınıb.

Göyçay rayon sakini - 1941-ci il təvəllüdlü Məmmədov Aydın oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində oğul atasına bir neçə bıçaq zərbəsi endirərək onu öldürməyə cəhd edib.


Yaralı ailə üzvlərinin köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

Hazırda xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən A.Məmmədovun vəziyyəti kritik qiymətləndirilir.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsində araşdırma aparılır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az