Oğuzda kütləvi dava baş verdi, iki nəfər yaralandı

Oğuzda kütləvi dava baş verdi, iki nəfər yaralandı
Oğuz rayonunda kütləvi dava zamanı biri ağır olmaqla, iki nəfər xəsarət alıb.

"Report"un məlumatına görə, bu gün axşam saatlarında Oğuz Rayon Mərkəzi Xəstəxanasına rayonun 1988-ci il təvəllüdlü Calut-1 kənd sakini Quliyev Zamin Cəmil oğlu və 1993-cü il təvəllüdlü Calut kənd sakini Xamdiyev Sərvər Ənvər oğlu bədən xəsarətləri ilə daxil olublar.

Müayinə zamanı 31 yaşlı Z.Quliyevə əlin üçüncü barmağının kəsiyi diaqnozu qoyulub və o, xəstəxanaya yerləşdirilib. 26 yaşlı S.Xamdiyev qapalı kəllə-beyin travması aldığından, yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına göndərilib.

Məlumata görə, Z.Quliyev və S.Xamdiyev aralarında yaranan mübahisə zamanı bir-birilərinə xəsarət yetiriblər. Rayon sakinləri "Report"un yerli bürosuna bildiriblər ki, davanın daha 2 iştirakçısı polis tərəfindən axtarılır.

Faktla bağlı araşdırmalara başlanılıb.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az