Parlamentin buraxılması ilə bağlı Prezidentə müraciət qəbul olundu

Parlamentin buraxılması ilə bağlı Prezidentə müraciət qəbul olundu

Milli Məclisin bu gün keçirilən plenar iclasının sonunda deputatların V çağırış parlamentin buraxılması və yeni seçkilərin keçirilməsi ilə bağlı ölkə Prezidentinə ünvanlanan qərar layihəsi səsverməyə çıxarılıb. Səsvermədən qabaq layihəni parlamentin vitse-spikeri Bahar Muradova səsləndirib. 

O qeyd edib ki, Milli Məclisdə çoxluq təşkil edilən YAP üzvləri parlament sədrinə müraciət edərək belə vəziyyətdə növbədənkənar seçki keçirilməsinin zəruriliyini ifadə ediblər.

Parlamentdə təmsil olunan digər partiyaları və həmçinin heç bir partiyanı təmsil etməyən şəxslər də parlamentin fəaliyyətinin mümkünsüzlüyünü hesab edirlər. Milli Məclis qərara alır ki, Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı Azərbaycan Prezidentinə müraciət edilsin. 

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az