Paşinyan Bakını müharibəyə sürükləyir – Zülfüqarov

Paşinyan Bakını müharibəyə sürükləyir – Zülfüqarov

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun Axar.az-a müsahibəsi:

- Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın işğal olunmuş ərazilərinə növbəti səfərinin məqsədini nə ilə əlaqələndirmək olar?

- Ermənistanın səlahiyyətli şəxslərinin işğal olunmuş Azərbaycan ərazilərinə səfəri birmənalı təxribat xarakteri daşıyır. Təbii ki, bu təxribatların əsas məqsədi də bir növ vəziyyəti müharibə həddinə gətirib çıxarmaqdan ibarətdir.

- Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfərində Paşinyanı Ermənistan və qondarma rejimin güc strukturlarının müşayiət etməsi diqqət çəkir...

- Ermənistanın daxilində müxtəlif proseslər gedir. Biz bu proseslərdən az-çox xəbərdar olsaq da, çoxunu bilmirik. Fikir verin, gah kimisə həbs edirlər, gah da vəzifədən uzaqlaşdırırlar. Görünən odur ki, işğalçı ölkənin daxilində ciddi çəkişmələr mövcuddur. Paşinyan da təbii ki, hakimiyyəti tam mənimsəməyə çalışır. Hesab edirəm ki, Azərbaycanın mövqeyi birmənalıdır. İstər Ermənistanın adi vətəndaşları, istər vəzifəli şəxsləri, istərsə də güc strukturları olsun, onların Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər etmələri birbaşa cinayətdir. Bu cinayət isə, gec və ya tez, müharibəyə gətirib çıxaracaq. Heç bir dövlət işğal edilmiş ərazilərinə qanunsuz səfərlərin bu cür davam etdirilməsinə icazə verə bilməz.

- Digər bir nüans isə sözügedən səfərin Paşinyanın məhz Rusiyadan qayıtdıqdan sonra reallaşmasıdır...

- Birincisi, Ermənistan tərəfindən Azərbaycanla təmas və danışıqları kimin aparacağı hələ bəlli deyil. Hazırda qeyri-stabil bir vəziyyət hökm sürür. İkincisi, Ermənistan işğalçı siyasətini davam etdirir. Əslində, Paşinyanın Rusiyadan qayıtdıqdan sonra və ya əvvəl Qarabağa gəlməsi heç bir fərq etmir. Bu, faktiki olaraq Azərbaycanı açıq şəkildə müharibəyə və hərbi əməliyyatlara təhrik edirlər.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az