Paşinyan Bakıya qarşı təxribat törətdi – Sərt cavab…

Paşinyan Bakıya qarşı təxribat törətdi – Sərt cavab…

Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan sahəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusunun şəhid olması o deməkdir ki, Ermənistan köhnə siyasətindən əl çəkməyəcək.

Bu sözləri Axar.az-a Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan sahəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusunun şəhid olması ilə bağlı danışan İlqar Vəlizadə deyib. Ekspert bütün hallarda həm sərhəddə, həm də cəbhədə gərginliyin davam edəcəyini bildirib:

"Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan sahəsi münaqişə zonasından uzaqdır və bu cür halın baş verməsi çoxlu suallar meydana gətirir. Hadisənin məhz bu ərəfədə baş verməsi təxribatın qəsdən törədildiyini ortaya qoyur. Silahlı Qüvvələrimizin hərbi qulluqçusunun şəhid olması o deməkdir ki, Ermənistan köhnə siyasətindən əl çəkməyəcək. Qarşıda təxribatlar təkcə cəbhədə deyil, Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan sahəsində də gözləniləndir. İndiki Ermənistan hakimiyyəti daha sərt mövqedə dayanır, yaranmış reallıqları dərk etmir və Azərbaycanla bütün istiqamətlərdə münasibətlərin gərinləşməsinə maraq göstərir. Azərbaycan bütün bu təxribatlara lazımı cavab verir və verəcək”.

Politoloq qeyd edib ki, Azərbaycan bu məsələni danışıqlar prosesində gündəmə gətirəcək:

"Bununla bağlı danışıqlar prosesində müəyyən korrektələr ediləcək. Hesab edirəm ki, Azərbaycan tərəfindən bundan sonra daha sərt mövqe nümayiş etdiriləcək”.

Qeyd edək ki, mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid olub.

Müdafiə Nazirliyi bu təxribatın arxasında birbaşa bir neçə gün əvvəl qoşunların bu istiqamətində yerləşən qarşıdurma xəttində səfərdə olan Ermənistanın yeni təyin edilmiş müdafiə və xarici işlər nazirlərinin dayandığını və onların göstərişi ilə həyata keçirildiyini istisna etməyib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az