“Paşinyan, bəsdir, təlxəklik etdin! Ən vacib suala cavab ver!..”

“Paşinyan, bəsdir, təlxəklik etdin!   Ən vacib suala cavab ver!..”
"Əsas hansı mövzu ətrafında danışıqlar aparmısınız?..”

Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Bratislavdakı son görüşünün nəticələri işğalçı ölkədə də birmənalı qarşılanmayıb. N.Paşinyana müxalif qüvvələr hökumət başçısını danışıqların əsas məğzini ictimaiyyətdən gizlətməkdə günahlandırır...

Moderator.az  xəbər verir ki, Rusiyadakı erməni nəşrlərinin yaydığı məlumata görə, Ermənistan Strateji Araşdırmalar mərkəzinin rəhbəri, regional təhlükəsizlik məsələləri üzrə ekspert, politoloq Qrant-Melik Şahnazaryan məsələ ilə bağlı baş nazirə təhqir və istehza dolu bəyanat ünvanlayıb:

"Rəsmi Yerevan  Bratislavadakı son Mnatsakanyan-Məmmədyarov görüşü barədə hansı məlumatların təqdim ediləcəyi barədə çox  düşünür. Bu ehtiyatlılığın öz səbəbləri olmalıdır. Məndə belə bir təəssürat yaranır ki, bunlar gözləyirlər ki, haradasa nəsə partlayacaq  və bu yeni vacib hadisənin arxasında görüşün nəticələri ilə bağlı informasiyanı diqqət çəkmədən ictimaiyyətə "soxuşdurmağa" çalışacaqlar. 

Alınmayacaq...

Nikol Paşinyan, istəyirsən, sərxoş halda yatmış pozadakı foto-şəklini qoy, istəyirsən, kosmonavt skafandrında canlı yayımda ol, yenə də dövlət və milli maraqların gündəmindəki ən vacib sualdan qaça bilməzsən.  

Bəsdir, təlxəkliklə məşğul oldun!  Ən vacib suala cavab ver: Bratislavada əsas hansı mövzu ətrafında danışıqlar aparmısınız?..”

Erməni müxalif politoloq sonda  qeyd edir ki, onun bəyanatı dərc olunduqdan sonra Ermənistan XİN, demək olar ki, "boş”, standart cümləli bir press-reliz yayıb...

P.S. Bizdə də çox suallar yaranır...

Sultan Laçın



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az