Paşinyan: “Bəzi qüvvələr məni Qarabağı qaytarmaqda ittiham etdilər”

Paşinyan: “Bəzi qüvvələr məni Qarabağı qaytarmaqda ittiham etdilər”
İki gün əvvəl bəzi qüvvələr məni Qarabağı qaytarmaqda ittiham etdilər.

Oxu.Az-ın xəbərinə görə, bunu noyabrın 29-da seçicilərlə görüşündə Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan bəyan edib.
"Son zamanlar Qarabağda ermənilərin fəallığını başa düşmürəm. Onlar niyə fəallaşıblar və niyə Ermənistanda keçirilən seçkilərə müdaxilə etmək istəyirlər? Mən Bako Saakyanı öz ətrafındakıları nizam-intizama öyrətməyə səsləyirəm”, – deyə Paşinyan bildirib.
Paşinyan separatçıların lideri Saakyanı və onun ətrafındakılarını öz işləri ilə məşğul olmağa çağırıb və bildirib ki, seçkilərdən sonra onlarla söhbət edəcək.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az