Paşinyan bu təklifə qayıdır, rayonlar qaytarılır

Paşinyan bu təklifə qayıdır, rayonlar qaytarılır

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin ilk prezidenti Levon Ter-Petrosyanın yaradıcısı olduğu formatı yaxın zamanlarda bərpa etmək arzusundadır.

Axar.az xəbər verir ki, bunu "İcmal” verilişinin efirində Ermənistan parlamentinin deputatı, Erməni Milli Konqresi Partiyası sədrinin müavini Levon Zurabyan deyib.

Onun sözlərinə görə, Nikol Paşinyanın Ter-Petrosyanın təklif etdiyi formata qayıtmaqdan başqa çıxış yolu yoxdur və bunun üçün əsaslı səbəblər var.

"Danışıqlar uzun müddət davam edə bilməz, çünki danışıqlar zamanı yerində addımlamaq yox, irəliləyişə nail olmaq lazımdır. Bu gün Paşinyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı şəxsi nəzəri baxışı yoxdur və təbii ki, belə olan halda o, başqasının mövqeyi arxasınca getməlidir”, - deyə Zurabyan bildirib.

Bəs hazırda Paşinyanın dəstəklədiyi Ter-Petrosyanın formatı nədən ibarət idi? Petrosyan 1997-ci ildə münaqişə bölgəsinin demilitarizasiyasını və 1992-1994-cü illərdə işğal edilmiş yaşayış məntəqələrinin Azərbaycana qaytarılmasını nəzərdə tutan plan təklif edirdi.

"Real olmaq və beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağ ətrafında mövcud vəziyyətlə barışmayacağını anlamaq lazımdır. Çünki bu vəziyyət bölgədəki əməkdaşlığa, təhlükəsizliyə və Qərbin neft maraqlarına təhdid yaradır. Kompromisə getmək lazımdır. Əks halda biz kompromisə gedilməsi barədə xahiş edəcəyik. Kompromisdən imtina edilməsi və maksimalizm (mümkün olana yox, ən maksimala nail olmaq səyi) Qarabağın süqutuna və Ermənistandakı vəziyyətin pisləşməsinə aparan ən qısa yoldur”, - deyə Ermənistanın birinci prezidenti yazırdı.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az