Paşinyan Putinə meydan oxudu-“Eyni mövqedə deyilik”

 Paşinyan Putinə meydan oxudu-“Eyni mövqedə deyilik”

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə qarşılıqlı etibara əsaslanan əlaqənin qurulduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında danışıb.

"Artıq müttəfiqlərimizlə şəxsi əlaqələrimizdə qaranlıq məqam yoxdur. Rusiya Prezidenti Vladimir Putin də daxil olmaqla, bütün müttəfiqlərimizlə qarşılıqlı etimada əsaslanan əlaqələr var və bundan məmnunam. Lakin bu, bütün məsələlər üzərində eyni mövqedə dayandığımız mənasına gəlmir, yalnız bir sıra məsələlərdə həmfikirik”, deyə Nikol Paşinyan söyləyib.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az