Paşinyan Rusiyanı qəzəbləndirdi: “Ermənistana baha başa gələcək”

Paşinyan Rusiyanı qəzəbləndirdi: “Ermənistana baha başa gələcək”

"Hökumətyönlü deputatlara Ermənistan-Rusiya münasibətlərinin daxili mətbəxinə toxunmaqdan və Rusiyaya qarşı bəyanatlardan çəkinmək tapşırılıb, çünki bu, dövlətə və erməni xalqına baha başa gələ bilər”.

Miq.Az xəbər verir ki, bu barədə erməni nəşri "Hraparak” yazıb.

Qəzet qeyd edib ki, müvafiq tapşırıq Ermənistan Baş naziri Nikol Paşinyandan gəlib.

Nəşr Paşinyanın KTMT ilə bağlı hökumətin son iclasında səsləndirdiyi fikirlərin Rusiyanı qəzəbləndirdiyini bildirib. Mənbə məlum iclasdan sonra Rusiyanın nümayiş etdirdiyi sükutun Ermənistana baha başa gələcə biləcəyini qeyd edib.

"Hraparak” baş nazirin sözügedən iclasda səsləndirdiyi fikrinə də yer verib:

"Paşinyanın Rusiyanı qəzəbləndirən açıqlaması belə idi: "Əgər KTMT çərçivəsində monitorinq qrupunun Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsi mümkünsüzdürsə, ATƏT-in Minsk qrupunun həmsədrliyi də daxil olmaqla digər beynəlxalq səviyyədə tanınmış formatlar bizim üçün məqbul ola bilər”.(teleqraf.com)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az