Paşinyan xüsusi xidmət orqanına şeytanla bağlı göstəriş verdi

Paşinyan xüsusi xidmət orqanına şeytanla bağlı göstəriş verdi

Ermənistanın baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinə QR-kodun şeytanla əlaqəsi barədə araşdırma aparmağı tapşırıb.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, bu haqda Paşinyan hökumətin iclasında bildirib.

Paşinyanın sözlərinə görə, o, Milli Təhlükəsizlik Xidmətinə "müəyyən dairələrlə şeytan arasında əməkdaşlığın yollarını və formasını” aydınlaşdırmaq barədə göstəriş verib. "Budur, siz gülürsünüz, amma problem varsa onu aydınlaşdırmaq lazımdır. Bu, milli təhlükəsizlik məsələsidir”,-baş nazir deyib.

QR-kod ingiliscə Response Code deməkdir və ştrix kodlar kimi əmtəə tanınma nişanıdır, ilk dəfə Yaponiyanın avtomobil sənayesi üçün işlənib hazırlanıb.

 

Milli Təhlükəsizlik Xidmətinin direktorunun səlahiyyətlərini icra edən Eduard Martirosyan təsdiq edib ki, Paşinyandan belə tapşırıq alıb və araşdırmanın nəticələrini ona təqdim edəcək.

Qeyd olunur ki, QR-kodla şeytan arasında əlaqəni hökumətin iclasında ətraf mühit naziri Erik Qriqoryanın çıxışından sonra müzakirə etməyə başlayıblar. Online ov icazəsi layihəsini təqdim edən nazir deyib ki, vətəndaşlar internet üzərindən öz işlərini yerinə yetirməyə həvəsli deyillər. Paşinyan da bununla razılaşıb və internet-sövdələşmələrin səviyyəsinin aşağı olmasını insanların məlumatsızlığı ilə əsaslandırıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az