Paşinyandan etiraf: "Vəziyyət o qədər pisdirki..."

Paşinyandan etiraf:

Ölkədəki oğrular baş naziri də şoka salıb

Ermənistanda oğurluq əsas peşəyə çevrilib. Belə nəticəyə Nikol Paşinyanın çıxışını dinlədikdən sonra gəlmək olar. Korrupsiya haqqında daxil olan gündəlik məlumatlar baş naziri belə şoka salıb.

Bu barədə o özü mətbuat konfransında deyib. "Vəziyyət o qədər pis və iyrəncdir ki, əsəblər gərilir. Mən artıq günbəgün yox, saatbasaat daxil olan bu qədər neqativ məlumatı qəbul və həzm edə bilmirəm. Korrupsiyanın ölkədə bu həddə çatdığına inana bilmirdim”. O, qeyd edib ki, ölkədə demək olar ki, hər kəs oğurlayıb.

Bütün bu oğurluğun başlanğıcını isə Qarabağ hadisələri qoyub. Alqış sədaları altında erməni quldurları Azərbaycanın işğal altında olan torpaqlarında insanları qətlə yetirib, əmlaklarını talayırdılar. Pis vərdiş yoluxucudur. Onlar Azərbayacn ərazisindən sonra indi də öz tarixi vətənlərində də bu əmələ başlayıblar. Paşinyan isə bu barədə nə üçünsə xatırlamayıb. Daha doğrusu danışmaq istəməyib. 

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az