Paşinyandan MÜHARİBƏ əmri - Ermənistan döyüşə hazırlaşır

Paşinyandan MÜHARİBƏ əmri - Ermənistan döyüşə hazırlaşır

"Son günlər Azərbaycan sərhədə canlı qüvvə və hərbi texnika cəmləyir"

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanı Qarabağda istənilən ssenariyə hazır olmağa çağırıb. Virtualaz.org Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, erməni jurnalistlərlə görüşdə Ermənistanın baş naziri Ermənistan-Azərbaycan sərhədində növbəti gərginliyi belə şərh edib.

"Biz artıq demişdik ki, sərhədə toplaşıblar, Azərbaycanın bəyanatlarına görə, irimiqyaslı təlimlər keçiriləcək. Güman edirəm ki, silahlı qüvvələrimiz istənilən inkişaf ssenarisinə hazır olmalıdırlar və mən belə əmr vermişəm”, - baş nazir deyib.

Onun sözlərinə görə, son günlər Azərbaycan sərhədə canlı qüvvə və hərbi texnika cəmləyir.

Ermənistan hökumət başçısı həmçinin bildirib ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistan-Azərbaycan sərhədində mühəndis və möhkəmləndirmə işləri aparmağa cəhd ediblər.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az