Paşinyanın ölkədən qaçmaq planı: “İmpiçment edilə bilər” – Şok iddia

Paşinyanın ölkədən qaçmaq planı: “İmpiçment edilə bilər” – Şok iddia

"Ermənistan Baş naziri Nikol Paşinyan vaxtından əvvəl hakimiyyətdən uzaqlaşdırıla bilər”.

Miq.Az xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan "Hraparak” qəzeti məlumat yayıb.

"Baş nazir Nikol Paşinyana komandasında belə etibar edilmir. Buna görə Nikol Paşinyan hərbi vəziyyəti ləğv etməkdən imtina edir, bundan sonra baş nazirə etimadsızlıq göstərmək mümkün olacaq. Komandanın ona sadiq olduğuna əmin olsaydı, hərbi vəziyyət rejimini çoxdan qaldırardı”, - qəzet qeyd edib.

Nəşr Nikol Paşinyanın parlamentdə çoxluqda olan hakim "Mənim Addımım” fraksiyası üzvlərinin ona "impiçment sürprizi” hazırlaya biləcəyini də istisna etməyib.

"Bizə bütün hərbi vəziyyət məhdudiyyətlərinin addım-addım qaldırılacağı bildirildi. İclasların keçirilməsinə qoyulan qadağa, mediaya qoyulan məhdudiyyətlər artıq qüvvədə deyil. Görünən budur ki, növbəti addım ölkədən getmək ehtimalını bərpa etmək olacaq”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az