Paşinyanın seçki qərarının arxasındakı ŞOK QARABAĞ SİRRİ - Sarkisyan GİZLİNLƏRİ AÇDI

Paşinyanın seçki qərarının arxasındakı ŞOK QARABAĞ SİRRİ - Sarkisyan GİZLİNLƏRİ AÇDI
"Dekabr ayında Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Nikol Paşinyanın gözlənilməz seçki qərarı dolayısı ilə Dağlıq Qarabağ münaqişəsinə bağlıdır".
Miq.az publika.az
-a istinadən xəbər verir ki, bu barədə erməni politoloq Armen Sarkisyan deyib.

Erməni politoloq Düşənbədə Azərbaycan prezidenti və Ermənistanın baş nazirinin görüşünü xatırladıb və qeyd edib ki, Bakı Paşinyanın "danışıqlarda Dağlıq Qarabağın iştirakı" iddiasından əl çəkməsi qarşılığında bu razılaşmaya getdi: "Paşinyan Düşənbədən qayıdandan sonra təcili şəkildə parlament seçkilərinin keçirilməsi ilə bağlı qərar qəbul etdi. Bu fakt onu deməyə əsas verir ki, növbədənkənar parlament seçkilərinin keçirilməsi haqqında tələsik qərar Qarabağ problemi üzərində hansısa planla bağlıdır. Bu, Azərbaycanın istəyinə uyğun kimi görünür. Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayaraq bildirdi ki, "Ermənistanda növbədənkənar parlament seçkilərindən sonra yeni hökumətin işğal altındakı ərazilərdən erməni hərbi birləşmələrinin çıxarılması ehtiyacını anlayacağına ümid edirik". Digər tərəfdən, son zamanlar Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı müəyyən intriqa nəzərə çarpır. Birincisi, ABŞ prezidenti Donald Tramp müstəqillik günü ilə bağlı Ermənistanın baş nazirinə göndərdiyi təbrik məktubunda qeyd etdi ki, "qarşıdakı aylarda Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün yeni imkanlar yaranacaq". İkincisi, bu günlərdə ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri üzrə köməkçisi Corc Kentin Bakıda bəyan etdi ki, "Nyu Yorkda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin, həmçinin, Düşənbədə Azərbaycan prezidenti və Ermənistanın baş nazirinin görüşü son zamanlar Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində irəliləyişlərin olduğuna işarədir". Kentin əlavə etdi ki, ABŞ münaqişənin Madrid prinsipləri üzrə nizama salınmasında öz öhdəliklərinə sadiqdir. Göründüyü kimi, bu bəyanatlar ABŞ-ın regionda aktivləşməsinin sübutudur. Buna paralel olaraq, Rusiya KİV-i postsovet məkanında münaqişələrin nizama salınması mövzusunu aktuallaşdırdı. Hətta Rusiya müdafiə naziri Sergey Şoyqunun münaqişələrin nizama salınması ilə maraqlandığı haqqında xəbərlər çıxdı. Məhz Şoyqu Azərbaycan və Ermənistanı barışdırmaq niyyətindədir".
M.Sarkisyan hesab edir ki, ABŞ-ın Cənubi Qafqaz, xüsusilə Dağlıq Qarabağ münaqişəsi üzrə siyasəti yaxı gələcəkdə özünü açıq şəkildə ifadə edəcək.
"ABŞ hələ ki "Ərazilərin müəyyən hissəsinin azad edilməsi olmadan münaqişənin həll edilməsi mümkün deyil" tezisi üzərindən çıxış edir. Mümkündür ki, Ermənistanda növbədənkənar parlament seçkilərindən sonra planlar ortaya çıxacaq", - deyə o bildirib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az