Paytaxtda ATIŞMA: ata qumar borcuna görə öldürülən oğlunun qisasını aldı və... (VİDEO)
Rusiyanın paytaxtı Moskva şəhərində "Novıye Çeremuşki" metro stansiyasının yaxınlığında baş verən cinayət hadisəsinin təfərrüatları məlum olub.
Publika.az "Russia Today”a istinadən xəbər verir ki, "Novıye Çeremuşki” stansiyası yaxınlığında azərbaycanlıların iştirakı ilə baş verən atışma qisas zəmnində törədilib.
Məlumata görə, atəş açan 60 yaşlı Rəsul Abdullayevin oğlu bir müddət əvvəl qumar borcuna görə qətlə yetirilib. O da oğlunun qatili olduğunu iddia edən Vaqif Hümbətovu izləyib. Nəhayət, onu "Novıye Çeremuşki" (Новые Черемушки) metrostansiyasının çıxışında tutub və atəş açıb. Daha sonra isə əlindəki silahla özünü də vurub.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
[video=http://
]
Miq.Az