Pəncşirdə gərginlik artır: 300-dən çox talibançı öldürüldü
Pəncşir əyalətində Talibanla müqavimət hərəkatı arasında toqquşmalar davam edir.
Axar.az xəbər verir ki, son toqquşmalar zamanı Talibanın 300-dən çox silahlı şəxsinin öldürüldüyü bildirilib.
"Ötən gün axşam saatlarında Taliban hərəkatının Pəncşirə girmək cəhdindən sonra başlayan toqquşmalar nəticəsində 300-dən çox silahlısı iki istiqamətdən öldürüldü. Bir neçə radikal ağır yaralanıb və ya əsir götürülüb", - yayılan məlumatda qeyd olunub.
Bölgədə hazırda da döyüşlərin davam etdiyi bildirilib.