Pensiya və müavinətlər üçün ayrılan MƏBLƏĞ AÇIQLANDI

Pensiya və müavinətlər üçün ayrılan MƏBLƏĞ AÇIQLANDI
Pensiyaya çıxanların sonradan pensiyalarını hesablamaq və digər məsələlərlə bağlı "Əmək pensiyaları haqqında" qanuna dəyişikliyə görə 173 milyon manat pul lazımdır.

Miq.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitə sədri Hadı Rəcəbli deyib.
H.Rəcəbli qeyd edib ki, komitə bu qədər vəsaitin dövlət büdcəsindən ayrılması üçün qanunlara əlavə və dəyişikliklər edib:

"Bütün bunlar möhtərəm prezidentimizin xeyir-duası ilə görülən işlərdir. Prezident şəhid ailələrinə müavinətin verilməsi ilə bağlı daha bir addım atıb. Bu məqsəd üçün də 98 milyon manat vəsait lazımdır. Beləliklə, 300 milyon manata yaxın vəsait təkcə bu sosial məqsədlər üçün nəzərdə tutulur".
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az