Peskov: "Rusiya prezidenti ukraynalı həmkarını təbrik etmək niyyətində deyil"

Peskov:
"Rusiya Prezidenti Vladimir Putin bu gün vəzifəsinə başlayan Ukrayna Prezidenti Vladimir Zelenskini təbrik etməyəcək".

"Report” "İnterfax”a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov bildirib.
"Prezident Putin dövlət başçısı Zelenskini Ukraynanın şərqində daxili münaqişəni həll etməklə bağlı ilk uğurlar qazandıqda, eləcə də Ukrayna ilə Rusiya arasındakı münasibətlərin yoluna qoyulmasındakı ilk nəticələr qazandığında təbrik edəcək”, – Kreml rəsmisi vurğulayıb.
Ümumiyyətlə, hazırda Rusiya ilə Ukrayna arasında yüksək səviyyədə hər hansı təmasların gündəmdə olmadığı bildirilib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az