Petrosyan: İrəvan təhlükədədir, dövlətə xəyanət...

Petrosyan: İrəvan təhlükədədir, dövlətə xəyanət...
Ermənistan pandemiya ucbatından ənənəvi savaşdan daha ağır və təhlükəli müharibə vəziyyətindədir.

Axar.az xəbər verir ki, bu sözlər Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanın "İlur.am” saytında dərc olunan məqaləsində yer alıb.

O, Ermənistan hakimiyyətinin koronavirusa qarşı mübarizə apardığı dönəmdə bəzi siyasətçilərin (Qarabağ klanını nəzərdə tutur – red.) ona qarşı ikinci cəbhə açdıqlarını bildirib:

"Əksər tənqidçilər işdə hakimiyyətə situasiyanın öhdəsindən gəlməyə yardım etmir, əksinə ona maneə yaradaraq, siyasi dividentlər əldə etməyə çalışırlar. Əgər ənənəvi şəraitdə bu normaldırsa, hərbi vəziyyət zamanı bu, dövlətə xəyanət deməkdir”.

Petrosyan təhlükəli daxili siyasi situasiyanın öhdəsindən gəlmək üçün hakimiyyətin tənqidinin müvəqqəti dayandırılması, aprel müharibəsi ilə əlaqədar yaradılan komissiyanın fəaliyyətinin dondurulması, qondarma Qarabağdakı "seçkilər” ətrafında söz-söhbətin bitməsi, Sərkisyan və Köçəryanın nəzarətindəki mətbuatın hakimiyyətin tənqidini dayandırması gərəkdiyini qeyd edib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az