Petrosyandan Paşinyana hədə: “Bunu bağışlamayacağıq”

Petrosyandan Paşinyana hədə: “Bunu bağışlamayacağıq”

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın mətbuat katibi Armen Musinyan Baş nazir Nikol Paşinyanın bugünkü ittihamlarına cavab verib.

Miq.Az xəbər verir ki, o, baş nazirin keçmiş prezident haqda fikirlərinin doğru olmadığını deyib.

"İstədiyini danışsın. Hər halda, özünə haqq qazandırmaq şansı yoxdur. Erməni xalqı onu heç vaxt bağışlamayacaq”, - Armen Musinyan söyləyib.

Bundan başqa, Ermənistanın ikinci prezidenti Robert Köçəryan ofisinin rəhbəri Viktor Soqomonyan da Nikol Paşinyanın açıqlamasına qısa cavab verib: "Yalan Nikolla ayrılmazdır”.

Xatırladaq ki, Baş nazir Nikol Paşinyan bu gün Feysbuk səhifəsində Levon Ter-Petrosyan və Robert Köçəryanın Moskvaya səfəri ilə əlaqədar danışıqların təfərrüatlarını təqdim edib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az