Piter Elçindən açıqlama: Astan Şahverdiyev haqda...

Piter Elçindən açıqlama: Astan Şahverdiyev haqda...

Millət vəkili Astan Şahverdiyevin Rusiyaya gedən azərbaycanlılarla bağlı işlətdiyi ifadəyə görə kriminal avtoritet Piter Elçinin onu hədələməsi barədə yayılan məlumatların heç bir əsası yoxdur

Bu barədə məlumatı Axar.az-a Piter Elçinə yaxın olduğunu bildirən mənbə deyib. Redaksiyamıza danışan özəl mənbənin sözlərinə görə, Piter Elçin nəinki millət vəkilini hədələyib, ümumiyyətlə, baş verənlər haqda məlumatsızdır:

"Piter Elçin qardaşının yas mərasiminə qatılmaq üçün belə Azərbaycana gələ bilmədi və hazırda Sankt-Peterburqda yas içindədir. O, ümumiyyətlə, millət vəkili Astan Şahverdiyevin belə bir söz deməsindən xəbərsiz olduğunu bildirdi. Onun ağır və hüznlü günlərində barəsində yalan xəbərin yayılması həm də etik çərçivəyə sığmır”, - mənbə qeyd edib.

İki gün öncə Astan Şahverdiyevin Miq.Az-a vediyi məlumata görə, onun "Piter Elçinlə" bağlı gedən yazıdan da xəbəri olmayıb. Millət vəkili bizimlə söhbətində  bildirdi ki, "Piter Elçin"in adından haqqımda deyilənlər və mənim adımdan onun üvanına deyilənlər heç bir həqiqəti əks etdirmir.  

Xatırladaq ki, Piter Elçinin – Elçin Maşallah oğlu İsmayılovun qardaşı, Rusiya vətəndaşı, əslən Lənkəranın Boladi kəndindən olan 1979-cu il təvəllüdlü Fariz Maşallah oğlu İsmayılov Masallı rayonu ərazisində, Türkoba kəndi yaxınlığında dekabrın 21-də avtomat silahdan atəşə tutulmaqla öldürülüb. Qətli törədən şəxs, 23 yaşlı Quluzadə Murad Əfqan oğlu könüllü olaraq Lənkəran polisinə təslim olub.

Piter Elçinin daha bir qardaşı – Maarif İsmayılov isə iyunun 20-də Sankt-Peterburqun Sofiysk meyvə-tərəvəz bazarının qarşısında 27 yaşlı Emil Hüseynov tərəfindən sifarişlə qətlə yetirilib.

Qeyd edək ki, millət vəkili Astan Şahverdiyev "Azadlıq” radiosunda Rusiyaya gedən azərbaycanlılar barədə "otxod” sözü işlətdiyinə görə bütün azərbaycanlılardan üzr istəyib.

Miq.Az






İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az