Polis 29 avtoriteti “sxodka” vaxtı saxladı

Polis 29 avtoriteti “sxodka” vaxtı saxladı

Rusiyada hüquq mühafizə orqanları avtoritetlərin qatıldığı "sxodka”ya əməliyyat keçiriblər.


Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, Moskva vilayətində baş tutmuş kriminal "sxodka”da əməliyyat nəticəsində 29 avtoritet saxlanılıb.

Saxlanılan şəxslərin hamısı şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün polis idarəsinı aparılıblar.

Vilayətin Daxili İşlər Nazirliyinin mətbuat xidməti rəhbəri Tatyana Petrova salanılan şəxslərin iş adamlarının kriminal himayəsi ilə məşğul olan cinayətkar  aləmin üzvləri olduğunu bildirib.

"Şəxsi baxış zamanı Orta Asiyalı biri 29, digəri 37 yaşlı iki nəfərin üzərindən açıq rəngli bağlama çıxıb. Tədqiqatlar nəticəsində bağlamalardakı maddənin 5 qram heroin olduğu müəyyənləşib” – Petrova bildirib.

Hadisə ilə bağlı cinayət işi açılıb.

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az