Polis Bakıda əməliyyat keçirdi - Keçmiş məhkumda odlu silah və sursat aşkarlandı

Polis Bakıda əməliyyat keçirdi - Keçmiş məhkumda odlu silah və sursat aşkarlandı

Bakı sakini küçədə silah-sursatla yaxalanıb.

Miq.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsində baş verib.

Belə ki, Nizami rayon Polis İdarəsi əməkdaşları qəsəbə ərazisində əməliyyat keçirib. Keçirilən əməliyyat nəticəsində Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Sabir Cahangirov saxlanılıb.

S. Cahangirovun əlində gəzdirdiyi torbadan 1 ədəd 7,62 kalibrli "Kalaşnikov" markalı avtomat silahı, 1 ədəd sandıqça və 5 patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az