Polis rəisinin oğlu faciəvi şəkildə öldü

Polis rəisinin oğlu faciəvi şəkildə öldü

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi, polis polkovniki Əlaslan Ağayevin ailəsində bədbəxt hadisə baş verib.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, polis polkovnikinin oğlu, 1991-ci il təvəllüdlü Orxan Ağayev yaşadığı, 5-ci mərtəbədə yerləşən mənzilin pəncərəsindən yerə yıxılaraq ölüb.

Polis və prokurorluq əməkdaşları hazırda hadisə yerindədirlər. O. Ağayevin ölümünün səbəbi araşdırılır.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi üzrə cinayət işi başlanıb.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az