Polkovnik: "Erməni cəsusu Anjey Kaspşik..."- Sən demə, bunların səfərinin əsas məqsədi...

Polkovnik:

"Şəxsən çox istərdim ki, ölkə başçısı NƏHAYƏT ki, xarici işlər naziri Elmar Məmmədyarovu sonuncu biabırçı hadisə də daxil olmaqla zəif, uğursuz fəaliyyətinə görə tutduğu vəzifədən azad etsin." 

Əziz dostlar! Hörmətli həmkarlar!

ATƏT-in Minsk qrupunun həmsədrlərinin bir az bundan öncə açıqlanan "Bəyanatı" ilə bağlı öz dərin narazılığımı və narahatçılığımı diqqətinzə çatdırmaq istəyirəm.

Demişəm, deyirəm və deyəcəyəm. Başda Rusiyalı həmsədr İqor Popov, fransuz Stefano Viskonti və amerikalı Endryu Şofer, həmçinin qurumun fəaliyyətdəki sədrinin şəxsi nümayəndəsi, erməni cəsusu Anjey Kaspşik Azərbaycan xalqının heysiyyatı ilə oynayıb, oynayır və əgər biz belə susqunluq, biveclik, qorxaqlıq nümayiş etdirsək, başımıza hələ UZUN İLLƏR bundan sonra da oyunlar gətirməkdə davam edəcəklər. 

Şəxsən çox istərdim ki, ölkə başçısı NƏHAYƏT ki, xarici işlər naziri Elmar Məmmədyarovu sonuncu biabırçı hadisə də daxil olmaqla zəif, uğursuz fəaliyyətinə görə tutduğu vəzifədən azad etsin. 
İndi keçirəm şərəfsiz, binamus və əclaf həmsədrlərin okyabrın 29-dan noyabrın 2-dək Cənubi Qafqaz regionuna guya hansısa "önəmli", sayı-hesabı bilinməyən, NƏTİCƏSİZ, mənasız və məzmunsuz səfərlərinin yekunu ilə bağlı "bəyanat"ına. Çox istərdim ki, bu "Bəyanatı" siyasətçilər, politoloqlar və ictimaiyyət nümayəndələri birinci və sonuncu dəfə incələsinlər. Və ATƏT-in Minsk qrupu adlı DƏLƏDUZ, Vicdansız 3+1 müftəxor mütəşəkkil cinayətkar DƏSTƏNİN hoqqalarına birdəfəlik son qoyulsun.

Görün bunlar bu dəfə öz yalanlarına gen-bol bəraət üçün nələri uydurublar. 

 Sən demə, bunların səfərinin əsas məqsədi kimi MDB-nin Düşənbədə keçirilən zirvə görüşü çərçivəsində Azərbaycanla Ermənistan liderləri arasındakı danışıqların nəticələrini müzakirə etmək, sülh prosesində bundan sonra atılacaq addımları müəyyənləşdirmək olubmuş. 

Bildiyim qədər Düşənbədə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında elə bir ciddi və ya xüsusi hazırlıqlı bir DANIŞIQ və GÖRÜŞ keçirilməyib. Rusiya tərəfinin xahişi ilə bəzi məsələlər barəsində QISA fikir mübadiləsi aparılmış və cəbhədəki gərginliyi səngitmək məqsədi ilə bir neçə şifahi razılıqlar əldə olunmuşdu. Və Düşənbədən geri qayıdan erməni dığası dərhal Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfər edərək yenə sarsaq-sarsaq fikirlər söyləmişdi. Bəs nədən, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bu aşkar özbaşınalıqla və həyasızlıqla bağlı heç cınqırları da çıxmadı?!. Və bu alçaqlar danışıqlar prosesində və bu giydirmə, mənasız və daha çox bunlara pul silmək və hesabat üçün lazım olan "Bəyanata" bu və digər Beynəlxalq hüquq və normalara zidd addımlarla bağlı hər hansı bir xırda da olsa narahatçılığı qeyd etməyiblər?! 

Vaxtınızı çox almamaq üçün daha bir məqamı qeyd edim ki, bizim Xarici İşlər Nazirliyi belə ilk baxışda xırda, amma çox ciddi faktlara göz yumduqca, Beynəlxalq qurumların - BMT və ATƏT kimi bivec qurumların həyasızlığı daha da artır. 

Diqqət edin. Münaqişənin həlli üçün yaradılmış bir amorf qurum 20 ildən çox öz bivecliyini etiraf etmək, Azərbaycan xalqından üzr istəmək əvəzinə, yenə də hələ bundan sonra Allah bilir neçə illər yalnız DANIŞIQLAR prosesindən dəm vurur. 1 kəlmə də olsun İŞĞALÇININ Azərbaycan ərazilərindən QEYD-ŞƏRTSİZ çıxarılması haqqında danışmır və Elmar Məmmədyarov kimi xarici işlər nazirimiz də ortalığa hansısa substantiv, mubstantiv, gic-gic ideyalar atır. Ay adı azərbaycanlı olan, baş verənləri eskimos kimi anlayan dış işləri bakanı! Sizə elə gəlmirmi ki, vəziyyət get-gedə daha da xarablaşır?! 

Azərbaycan siyasi-hərbi rəhbərliyi çox qısa zamanda xalq ilə birgə bu beynəlxalq mafioz qurumlara öz sərt üzünü və təpkisini göstərməsə, vallah vəziyyət tam olaraq Ermənistanın həm əvvəlki, həm də indiki separatçılarının istədiyi, Rusiyanın planlaşdırdığı, Amerika və Fransanın dəstəklədiyi kimi Qarabağın, hətta ətraf rayonlarımızın əldən getməsi ilə nəticələnəcək. Sərt və acı da olsa, bunu mən bir azərbaycanlı kimi görür və diqqətinizə çatdırmağı özümə borc bilirəm.

Tanrı Azərbaycan ƏSGƏRİNİ qorusun! Öz varlığım kimi inanıram ki, bu köpək yığnağını ağıllandıra biləcək YEGANƏ güc və qüvvə məhz Azərbaycan ORDUSU olmalıdır və olacaq!

Üzeyir Cəfərov 
hərbi ekspert, ehtiyatda olan olan polkovnik-leytenant 

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az