Polkovnik-leytenant: "Naxçıvan istiqamətində Əlahiddə Ümumqoşun Ordumuz heç bir DÖYÜŞ və..."

Polkovnik-leytenant:

Əziz dostlar! Hörmətli həmkarlar!

İndi yazmaq istədiyim qeydləri yazmaya da bilərdim. Amma, elə incə və həssas məqamlar var ki, onu zamanında və vaxtında erməni və arxasında hələ ki tülkü kimi gizlənən rusun ağzından elə vurmaq lazımdır ki, it küçüyü yerini bilən kimi, bu həyasızlar da nəhayət ki, yerlərini bilsinlər. Rusun normal insanların üstünə hürdürməyə hazır vəziyyətdə daim saxladığı və istifadə etdiyi Solovyov adlı televiziya tulası kimi Ermənistanda da bir şəxsiyyətsiz Arçurun Ovanesyan adlı tutuquşusu var. Ermənistan Müdafiə Nazirliyinin sözçüsü. Bu gədə bir axmaq fikir səsləndirib, bizim Müdafiə Nazirliyinin Mətbuat Xidməti də buna cavab verib. Guya iyunun 6 və 7-də Azərbaycan tərəfi bu çaqqallara müraciət edib ki, siz bizim vətəndaşlara Naxçıvan istiqamətində imkan verin ki, onlar demək olar ki, insanlığa ləkə olan erməni vandalları tərəfindən yer üzündən silinmiş qəbirstanlığa gedib-gəlsinlər. Və guya bunlar imkan yaradıblar və Azərbaycan tərəfi təxribat yaradıb. 

Görün erməni həyasızlığı hansı həddə qədər çatıb ki, bunlar nə danışdıqlarını və yazdıqlarını belə düşünmürlər. Və mənə də qəribə gələn odur ki, axı bizim MN bu yaramazın cavabını bir cümlə ilə verə bilərdi. Axı heç bir diplomatik və adi münaisbətlərin olmadığı təmas xəttində hansı əlaqədən danışmaq olar ki, guya bunlar öz "humanistliyini" indi gözə soxmağa çalışırlar? Ay olmayan ağlınıza tüpürsünlər sizin. Bir yalanı uydurmazdan öncə yaxşı-yaxşı fikirləşib, sonra onu dövriyyəyə buraxın da. İndi başıpozuq dəstə formasında fəaliyyət göstərən ordu birləşmələrinizdə heç kim mənasız olaraq canını qurban verməmək üçün postlara çıxmır deyə, İrəvan və ətraf yerlərdən gələn ermənilərlə Qarabağ erməniləri arasında son günlər şiddətlənən münasibətlərin acı nəticəsi kimi bəzi strateji mövqelərin heç bir aktiv döyüş əməliyyatı olmadan itirilməsi, başa düşülən və anlaşılandır. Amma bu o demək deyil ki, siz elə bir absurd və məntiqsiz fikir uydurub özünüzü guya sığortalamış kimi göstərməyə çalışırsınız. 

Ən sonda, bu qeydlərimi oxuyan dostlara və həmkarlara bir daha səslənərək demək istəyirəm ki, Azərbaycan dövlətinin və onun döyünən ürəyi olan Silahlı Qüvvələrimizin ən xırda uğuru hamımızın qürur yeri və fəxridir. Allah əsgər və zabitlərimizi qorusun. Və Naxçıvan istiqamətində Əlahiddə Ümumqoşun Ordumuz heç bir DÖYÜŞ və GÜC tətbiq etmədən müəyyən işləri həyata keçirib. Məgər bu yetərli deyil ki, bəzi yoldaşlar yeri gəldi və gəlmədi elə hey narazılıq edir və bəzən həddindən çox tələskənliyə yol verirlər. Bizim Qarabağla bağlı o qədər görüləsi işlərimiz var ki, qorxuram sabah ordumuz bir balaca hərəkət, dinamika etmiş olsa, vallah sosial mediya və bəzi onlayn mətbuat aləmi qatacaq bir birinə. Unutmaq lazım deyil ki, bizlərdən daha çox Müdafiə Nazirliyinin cavabdeh şəxsləri daha çox marağındadırlar ki, ortaya uğurlu nəticə qoyub adlarını tarixə yazsınlar. Gəlin bu işdə onlara uğurlar arzulayaq və üzərimizə düşənləri elə formada təqdim edək ki, bu "qaş düzəldən yerdə, vurub gözü çıxartmağa" bənzəməsin. Söhbət Azərbaycanın sabahkı taleyindən gedir.
Tanrı Azərbaycanımızı və onun güvənc yeri olan Silahlı Qüvvələrimizi, düşmənlə ön mövqelərdə üz-üzə dayanan əsgər və zabitlərimizi qorusun!

Üzeyir Cəfərov, 
ehtiyatda olan polkovnik-leytenant,
hərbi ekspert

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az