Poroşenkonun əsas planı: “Sağ qalmaq istəyirəm…”

Poroşenkonun əsas planı: “Sağ qalmaq istəyirəm…”
Ukraynanın keçmiş prezidenti Petro Poroşenko on ildən sonra özünü harada, necə gördüyü ilə bağlı sualı cavablandırıb. O etiraf edib ki, səlahiyyət müddəti başa çatan Avropa Parlamentinin deputatı olmaq istəyir.

Teleqraf.com xəbər verir ki, eks-prezident yerli qəzetlərdən birinə müsahibəsində deyib:
"Çox istərdim ki, sağ qalım. Arzum odur ki, öz kadensiyamı (musiqidə tamamlayıcı və ya fasilə xarakteri verən harmonik ifadə) Avropa Parlamentinin deputatı kimi bitirim”.
Siyasətçi onun haqqında tarix kitablarında nəsə yazılacağına dair sualı cavablandırmaqdan imtina edib. Bu istiqamətdə söhbəti iki-üç il sonra etməyin tərəfdarı olduğunu deyib.
Petro Poroşenko, həmçinin, bəyan edib ki, prezidentlik müddətində yaşlanıb, ancaq dövlət başçısı olduğu 5 ilin hər biri ilə qürur duyur. Qeyd edib ki, bu illər ərzində daha güclü, təcrübəli və ağıllı olub.
Sabiq dövlət başçısı bir sıra səhvlərini etiraf etməli olduğunu qeyd edib: "Allahdan bağışlamağını istədiyim bəzi şeylər var”.
Qeyd edək ki, daha əvvəl Ukraynanın keçmiş prezidentinin ona açılan cinayət işləri səbəbindən ABŞ-dan kömək istədiyinə dair xəbər yayılmışdı.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az