Prezident 4 rayonun icra başçısını İŞDƏN ÇIXARDI VƏ... - SƏRƏNCAM

Prezident 4 rayonun icra başçısını İŞDƏN ÇIXARDI VƏ... - SƏRƏNCAM

Prezident İlham Əliyev Asif Hüseynovun Şabran Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Asif Həbib oğlu Hüseynov Şabran Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Digər sərəncamlarla Novruz Nəcəf oğlu Novruzov Şabran Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib və Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Asif Həbib oğlu Hüseynov isə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə də yeni təyinat olub. Dövlət başçısının sərəncamları ilə Nizaməddin Məhəmməd oğlu Quliyev Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Müvafiq sərəncamlarla Məhərrəm Böyükağa oğlu Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Goranboy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az