Prezident büdcədən onlara 58 milyon ayırdı

Prezident büdcədən onlara 58 milyon ayırdı
"Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Prezidentin Fərmanından irəli gələn tədbirlərin maliyyə təminatı üçün ayrılacaq məbləğin həcmi müəyyənləşib.

Miq.az "Qafqazinfo”
ya istinadən xəbər verir ki, bu barədə məlumat 2018- ci ilin yenidən baxılacaq dövlət büdcəsi sənədində əks olunub. Belə ki, sözügedən şəxslərin ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi üçün 58,3 milyon manat vəsait nəzərdə tutulub.

Həmçinin pensiya və sosial müavinətlərin, ünvanlı sosial yardımın, təqaüdlərin, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əməkhaqlarının cari ilin mart ayının 1-dən orta hesabla 10 faiz artırılması və digər sosial tədbirlərin maliyyə təminatı üçün təsdiq edilmiş dövlət büdcəsində nəzərdə tutulmuş 384,0 milyon manatla yanaşı, 2018-ci ilin yenidən baxılacaq dövlət büdcəsinin xərclərindən əlavə olaraq 128,0 milyon manat vəsait yönəldiləcək.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az