Prezident Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib – FOTOLAR

Prezident Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib – FOTOLAR

Mayın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib, yeni inşa edilən Bakı sərnişin – Sabunçu dəmir yolu xətti üzrə görülən işlərlə tanış olub.

Azərtac xəbər verir ki, dövlət başçısı əvvəlcə qəsəbə sakinləri ilə görüşüb söhbət edib.Sakinlər göstərdiyi yüksək diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Daha sonra Prezident İlham Əliyev Sabunçu dəmir yolu vağzalının rəmzi açılışını bildirən lenti kəsib.

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov dövlət başçısına Bakı sərnişin – Sabunçu dəmir yolu xətti üzrə görülən işlər barədə məlumat verib.

Sonra Prezident İlham Əliyev sərnişin qatarı ilə Bakıxanov və Keşlə vağzallarına gəlib, burada yaradılan şəraitlə tanış olub.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az