Prezident Təşkilat Komitəsi yaratdı - SİYAHI

Prezident Təşkilat Komitəsi yaratdı - SİYAHI
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu il 16–18 aprel tarixlərində Bakı şəhərində keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb:

Təşkilat Komitəsinin sədri 

Əli Həsənov - Azərbaycan Respublikası Baş nazirinin müavini

Təşkilat Komitəsi sədrinin müavini 

Ramil Usubov - Azərbaycan Respublikasının daxili işlər naziri

Təşkilat Komitəsinin üzvləri 

Elmar Məmmədyarov - Azərbaycan Respublikasının xarici işlər naziri

Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri

Oqtay Şirəliyev - Azərbaycan Respublikasının səhiyyə naziri

Fikrət Məmmədov - Azərbaycan Respublikasının ədliyyə naziri

Ceyhun Bayramov - Azərbaycan Respublikasının təhsil naziri

Azad Rəhimov - Azərbaycan Respublikasının gənclər və idman naziri

Əbülfəs Qarayev - Azərbaycan Respublikasının mədəniyyət naziri

Zakir Qaralov - Azərbaycan Respublikasının Baş prokuroru

Səfər Mehdiyev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

Mədət Quliyev - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Elçin Quliyev - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

Nuşirəvan Məhərrəmov - Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədri

Azay Quliyev - Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Fidumə Hüseynova - Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini

Rauf Zeyni - Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti.

Təşkilat Komitəsinə 2019-cu il 16–18 aprel tarixlərində Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın Bakı şəhərində keçirilməsinə dair tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az