Prezident Xanlar Vəliyevin oğluna yüksək vəzifə verdi

Prezident Xanlar Vəliyevin oğluna yüksək vəzifə verdi
Prezident İlham Əliyev Elşən Vəliyevin Ukraynanın Çerkassı, Kirovoqrad, Poltava və Vinnitsa vilayətlərini əhatə etməklə Poltava şəhərində Azərbaycan Respublikasının fəxri konsulu təyin edilməsi haqqında sərəncam imzalayıb.

Miq.az-ın məlumatına görə, sərəncamda qeyd edilir ki, Elşən Xanlar oğlu Vəliyev Ukraynanın Çerkassı, Kirovoqrad, Poltava və Vinnitsa vilayətlərini əhatə etməklə Poltava şəhərində Azərbaycan Respublikasının fəxri konsulu təyin edilsin.
Xarici İşlər Nazirliyinə tapşırılır ki, sərəncamdan irəli gələn məsələləri həll etsin.
Modern.az-ın əldə etdiyi məlumata görə ölkə başçısının fəxri konsul təyin etdiyi Elşən Vəliyev Azərbaycan Respublikası Baş prokurorunun müavini, Hərbi prokuror Xanlar Vəliyevin oğludur.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az