Prezidentdən Ermənistanla bağlı tələb

Prezidentdən Ermənistanla bağlı tələb
Azərbaycan Prezidenti İlham Əliyev vurğulayıb ki, Ermənistan Silahlı Qüvvələri torpaqlarımızdan çıxarılmalıdır.

Miq.az xəbər verir ki, bu barədə Azərbaycanın dövlət başçısı avqustun 5-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığında bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, 10 noyabr 2020-ci il tarixli bəyanatın müddəalarına zidd olaraq Ermənistan Azərbaycanın Qarabağ bölgəsində yerləşmiş qoşunlarını ərazilərimizdən çıxarmayıb. Həmçinin, qanunsuz erməni hərbi birləşmələrinin də ərazilərimizdə öz mövcudluğunu davam etdirdiyini deyən dövlətimizin başçısı artıq 2 ilə yaxın müddətdə Ermənistanın 10 noyabr bəyanatına əsasən üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyini bildirib.

Prezident İlham Əliyev vurğulayıb ki, Ermənistan Silahlı Qüvvələri və qanunsuz erməni hərbi birləşmələrinin ünsurləri torpaqlarımızdan çıxarılmalıdır.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az