Prezidentdən şəhid ailələri ilə bağlı MÜHÜM FƏRMAN: Onlar da pul alacaq

Prezidentdən şəhid ailələri ilə bağlı MÜHÜM FƏRMAN: Onlar da pul alacaq

Prezident İlham Əliyev vaxtilə müavinət almış şəhid varislərinin yenidən müavinət almasının özündə əks etdirən fərman imzalayıb.

Miq.Az  xəbər verir ki, bu barədə Prezident özü bu gün Prezident Sarayında şəhid ailələri ilə görüşündə deyib.

Prezident qeyd edib ki, əvvəlki sərəncama əsasən, 11 min manat birdəfəlik ödəmə alacaq şəhid varislərinin sayı 10 mindir. Lakin əvvəlki dövrlərdə birdəfəlik ödəmə alan şəhid varislərinin aldıqları vəsaitin bugünün məzənnəsi ilə uyğunsuzluq təşkil etdiyi nəzərə alınaraq, Prezident yeni fərman imzalayıb. Dövlət başçısı vurğulayıb ki, vaxtilə müavinəti almış ailələrlə bağlı araşdırmalar aparılır və nəticədə və yeni fərmana əsasən 11 min manat alacaq varislərin sayı artacaq.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az